Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB
20 Apr 2018 11:12


Ermənistan parlamentinin müxalifətdən olan deputatı, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyan ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib.

Realpress.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Ermənistandakı yolları yük maşınlarının köməyilə sakit, tez və inamla bağlayın. İnanıram ki, bizi möhtəşəm gün gözləyir”, - o deyib.

Onun çağırışından sonra avtomobil sahibləri Yerevanda əsas küçələrdən birində hərəkəti dayandırıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilib. 

Bundan əvvəl, Ermənistan polisinin Yerevanda dövlət idarəetmə orqanlarına hücum edən aksiya iştirakçılarına atəş açma icazəsinin verilməsi ilə bağlı xəbər yayılmışdı. 

Xatırladaq ki, aprelin 18-də Paşinyan Ermənistanda Məxməri İnqilab komitəsinin yaradıldığını elan edib. 

09:41

Gümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları bu gün də davam edir.

Gümrüdə gənclər küçələrə axışıb. Onlar tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. 

Realpress.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, gənclər şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş növbətçiliklə asayişi qorumağa çalışırlar. 

Dünən polislərin aqressiyası ilə qarşılaşan Vanadzorda aksiyalar davam edir. 

Maraqlıdır ki, etiraz aksiyaları Respublika partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb. Ermənistan mediası bu dalğanın qarşısının alınmasının mümkün olmayacağını qeyd edib.



19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.