İcra başçısı "plan"a düşəcək evlərdən danışdı (ÜNVANLAR)

İcra başçısı "plan"a düşəcək evlərdən danışdı (ÜNVANLAR)
20 Apr 2018 11:15

Realpress.az-in məlumatına görə, bu sözləri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 9 aprel tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağından söyləyib. 

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatıb: 

"26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib.

Bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılıb və nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcəkdir".

İcra başçısı bildirib ki, 2018-ci ilin birinci rübündə təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında - Abbas Mirzə Şərifzadə küçəsi 34, 44, 74, 78, 132, 138, 140 və 192, Əbdürrəhimbəy Haqverdiyev küçəsi 3, Əhməd Cəmil küçəsi 39 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb. 

"Cari ilin birinci rübündən başlayaraq rayon ərazisində 16 məhəllədə - Ələsgər Ələkbərov küçəsi 522-ci məhəllə, Həsən bəy Zərdabi 68, Şərifzadə 134, Şahbazi 104 A, Yeni Yasamal, Əsəd Əhmədov 31, Talıblı 28, Şərifzadə 148, 154 və 156, Əsəd Əhmədov 5, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 577, 518 və 503/505-ci məhəllələr və Dadaş Bünyadzadə küçəsi 11 nömrəli evin qarşısında abad həyətlərin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcəkdir.

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb.

Ilk növbədə cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanıb".

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.