Bayıl sakinlərinin kompensasiyaları hesaba köçürüldü

Bayıl sakinlərinin kompensasiyaları hesaba köçürüldü
20 Apr 2018 11:36

Realpress.az Report-a istinadən verdiyi  məlumatına görə, ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. 


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.