Azərbaycanlı “Yeni dalğa 2018”-in finalına çıxdı - VİDEO

Azərbaycanlı “Yeni dalğa 2018”-in finalına çıxdı - VİDEO
20 Apr 2018 13:30


Azərbaycanlı ifaçı, “Səs” telelayihəsinin iştirakçısı Emil Qədirov gənc ifaçılar arasında keçirilən “Yeni dalğa 2018” beynəlxalq müsabiqəsinin finalına çıxıb. 

Realpress.az xəbər verir ki, ifaçı bununla bağlı məlumatı sosial şəbəkə hesabında yayıb.

Müsabiqənin finalı 2018-ci il 4-9 sentyabr tarixlərində, Soçidə keçiriləcək. 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi musiqi istedadlarını üzə çıxarmaqdır. Münsiflər heyətinin tərkibinə hər ilə Rusiyanın və dünyanın ən məşhur musiqiçi və artistləri daxil olur. Müsabiqədə gənclərə dəstək vermək üçün Rusiya və dünya ulduzları çıxış edir. 

Emil Qədirov Azərbaycanda doğulub. Rəşid Behbudov adına Bakı Musiqi Məktəbinin klassik gitara üzrə bitirib və Belqrad musiqi kollecinin məzunudur. Beynəlxalq müsabiqələr laureatıdır. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.