Bakıda falçı 46 qızı zorlayıb - İDDİA + VİDEO

Bakıda falçı 46 qızı zorlayıb - İDDİA + VİDEO
20 Apr 2018 13:55


Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub.

Bir xanım pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara sosial şəbəkələr üzərindən kömək təklif edib. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib.

Qızlar yuxuya verilərək bakirəlikləri pozulub, bundan sonra təhdid ediliblər.

Bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

realpress.az xəbər verir ki, “Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan iki nəfəri müraciət edib.

Onlar başlarına gələn dəhşətli, iyrənc hadisədən danışıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər.

Qızlar bildirir ki, əslində, o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər. 

Sayt qeyd edir ki, redaksiyaya müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc hadisə haqda hüquq-mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə məlumat verilib.



24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.