Deputat yerli biznesmenlərin sıxışdırılmasından danışdı

Deputat yerli biznesmenlərin sıxışdırılmasından danışdı
20 Apr 2018 14:52


Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında Ombudsmanın illik məruzəsi müzakirə olunur.

Realpress.az-ın xəbərinə görə, müzakirələr zamanı adıçəkilən komitənin üzvü Fazil Mustafa Ombudsmanın fəaliyyətinin və hesabatının qənaətbəxş olduğunu vurğulayıb, eyni zamanda, bir iradını da bildirib:

“Bildiyiniz kimi, bölgələrdə bəzi icra başçıları tərəfindən yerli biznes nümayəndələri sıxışdırılır, onlara aid olmayan işlərə cəlb olunur, vəsaitləri, pulları əllərindən alınır.

Konkret olaraq, bu yaxınlarda bir rayonda icra başçısı tərəfindən bir nəfər biznesmenin təzyiqə məruz qalması, onun pulunun geri qaytarılmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar yayılmışdı.

Amma təəssüflər olsun ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Yaxşı olardı ki, hələ vaxta - plenar iclasa var, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın və icra başçıları da görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırılmır”.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.