Masallıda 21 yaşlı gənc intihar etdi

Masallıda 21 yaşlı gənc intihar etdi
20 Apr 2018 15:18

Realpress.az-ın xəbərinə görə, 1997-ci il təvəllüdlü Samid Pəriş oğlu Zeynalov yaşadığı evin tövləsində özünü iplə asaraq intihar edib. İlkin olaraq onun meyitini qonşuluqda yaşayan xalasıoğlu aşkar edib. Belə ki, anası ilə yaşayan S.Zeynalov gündüzlər valideyini ilə birgə əkində olduğundan xalasıoğlu toyuq-cücəyə dən vermək məqsədi ilə həyətə gəlib, ancaq tövlənin qapısının açıq olmağı onu təəccübləndirib. İçəri daxil olanda gözlərinə inanmayıb-Samidi asılmış vəziyyətdə görüb. O, dərhal qonşuları həyətə səsləyib və polisə məlumat verib. 

Araşdrımalarımız zamanı məlum olub ki, S.Zeynalovun 1 yaşı olanda atası onları atıb Sabirarabad rayonuna gedib. Uşaqlıqdan anası ilə birgə yaşayan S.Zeynalov 1 il olar ki, hərbi xidmətdən qayıdıb, heç bir problemi olmayıb. 

Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.


28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.