Amaşov Ombudsmana irad tutdu

Amaşov Ombudsmana irad tutdu
20 Apr 2018 16:53


Vaxtilə İnformasiya Ombudsmanı yaratmaq istəyirdik. Obyektiv və subyektiv səbəblərdən bunu yaratmaq mümkün olmadı. Bunun yaranmamasının əsas səbəblərindən biri də vahid Ombudsman sisteminin olması idi. Nəyə görə informasiya əldə etmək haqqında məsələlərlə ciddi məşğul olunmur?

Realpress.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsi zamanı komitənin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov məruzəyə iradını bildirib: 

“Öyrənmək istərdim ki, Ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır.

Məsələn, vicdan azadlığı ilə bağlı doqquz müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlələrə diqqət ayrılmalıdır”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Əflatuna Amaşova cavab olaraq deyib ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına onlarla informasiya sorğusu daxil olub.

O qeyd edib ki, daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır: 

“Bu məsələdə Ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilir. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.


24 Apr 2024
Siyasət

Prezident: “Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar”

“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük.

24 Apr 2024
Siyasət

Ceyhun Bayramov Çexiyada Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb - YENİLƏNİB + FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə çıxış edib.

24 Apr 2024
Siyasət

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb.

24 Apr 2024
Siyasət

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”

“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.