Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB

Etirazların yeni dalğası: Ermənilər küçələrə axışır - FOTO + YENİLƏNİB
20 Apr 2018 15:14


Ermənistanda keçirilən aksiyalarda saxlanılanların sayı 193-ə çatıb. 

realpress.az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

15:51

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyalar zamanı bu gün 83 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

realpress.az bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

“Hazırda polis bölmələrinə 83 nəfər aparılıb”, - Canoyan deyib.

Saxlanılanlar arasında Paşinyanın yaxın tərəfdaşlarından olan David Sanasaryan da var.

Xatırladaq ki, aksiyalara rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib. O deyib ki, əgər plan baş tutsa, Məxməri İnqilabın başa çatmasına bir neçə gün qalacaq.

11:07

Ermənistan parlamentinin müxalifətdən olan deputatı, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyan ölkənin nəqliyyat kommunikasiyalarının blokadaya alınması ilə bağlı çağırış edib.

realpress.az-ın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Ermənistandakı yolları yük maşınlarının köməyilə sakit, tez və inamla bağlayın. İnanıram ki, bizi möhtəşəm gün gözləyir”, - o deyib.

Onun çağırışından sonra avtomobil sahibləri Yerevanda əsas küçələrdən birində hərəkəti dayandırıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb edilib. 

Bundan əvvəl, Ermənistan polisinin Yerevanda dövlət idarəetmə orqanlarına hücum edən aksiya iştirakçılarına atəş açma icazəsinin verilməsi ilə bağlı xəbər yayılmışdı. 

Xatırladaq ki, aprelin 18-də Paşinyan Ermənistanda Məxməri İnqilab komitəsinin yaradıldığını elan edib. 

09:41

Gümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları bu gün də davam edir.

Gümrüdə gənclər küçələrə axışıb. Onlar tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. 

realpress.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, gənclər şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş növbətçiliklə asayişi qorumağa çalışırlar. 

Dünən polislərin aqressiyası ilə qarşılaşan Vanadzorda aksiyalar davam edir. 

Maraqlıdır ki, etiraz aksiyaları Respublika partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb. Ermənistan mediası bu dalğanın qarşısının alınmasının mümkün olmayacağını qeyd edib.



24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.