Azərbaycanın yeni baş naziri təsdiqləndi - YENİLƏNİB

Azərbaycanın yeni baş naziri təsdiqləndi - YENİLƏNİB
21 Apr 2018 13:45


Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər.

realpress.az-ın xəbərinə görə, səsvermədə 113 nəfər Novruz Məmmədovun lehinə səs verib.

12:19

Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb. 

realpress.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, deputatlar aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini  yaşayırlar: 

“Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”. 

Bu məsələ deputatlar tərəfindən  alqışlarla qarşılanıb.

Spiker qeyd edib ki, prezident öz inauqurasiya mərasimini Milli Məclisdə keçirdi:

“Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”.

Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərəcəklər.

Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.

12:03

Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

realpress.az-ın xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.


28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

27 Mar 2024
Siyasət

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

27 Mar 2024
Siyasət

Bu gün Beynəlxalq Teatr Günüdür

Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.