“Starbucks”ın tualetində gizli kamera aşkarlandı

“Starbucks”ın tualetində gizli kamera aşkarlandı
21 Apr 2018 17:30


ABŞ-ın Alfaretta şəhərində (Corciya ştatı) “Starbucks” kafesinin müştərisi tualetdə gizli kamera aşkarlayıb.

realpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Qurğu pelenal masanın altında gizlədilib və izolentlə bərkidilib. Qadın kameranı aşkarladıqdan sonra bu barədə menecerə xəbər verib, daha sonra isə polisə şikayət edib.

Kameranın yaddaşında bir neçə saatlıq yazı olub. Bu vaxt ərzində təbii ehtiyacını ödəyən səkkizə yaxın “Starbucks” müştərisinin görüntüsünü çəkib.  Onlar arasında həm kişi, həm də qadınlar var.

Polis zabiti Hovard Millerin dediyinə görə, görüntüdə kişilər pissuardan istifadə etdikləri üçün kadrlara onların yalnız belini görmək olur.  Kameranın obyektivinə başlıca olaraq qadınlar düşsə də, zabit əmin edir ki, təsvir keyfiyyətsiz olduğundan onların cinsi orqanları görünmür.

Kamera sahibini ifşa etmək üçün cihazı ekspertizaya göndəriblər.


23 Apr 2024
Dünya

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

23 Apr 2024
Dünya

Yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon tondan çox yük daşınıb

2024-cü ilin yanvar-mart aylarında Misirdən Türk limanlarına 5 milyon 69 min 881 ton yük daşınıb.

23 Apr 2024
Dünya

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

23 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı - Məzənnələr

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

23 Apr 2024
Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.