Deputatların sayı azaldı

Deputatların sayı azaldı
21 Apr 2018 21:22


Milli Məclisin deputatlarının sayı 125-dən 122-yə düşüb.

realpress.az-ın xəbərinə görə, ölkə Prezidenti İlham Əliyevin son sərəncamı ilə Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Azərbaycan Konstitusiyasına əsasən, nazirlər, hökumətə daxil olan digər şəxslər millət vəkili ola bilməzlər.

Bu səbəbdən yaxın zamanlarda R.Rzayevin də deputatlıq səlahiyyətlərinə-fəaliyyətinə xitam veriləcək.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verilmişdi.

Qeyd edək ki, R.Rzayevin Dövlət Komitəsin sədri təyin olunması ilə millət vəkillərinin sayı 125-dən 122-yə enmiş olacaq.

Bu yerdə qeyd edək ki, 5-cı çağırış parlamentin üzvü olan birinci vitse-prezident Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə 2017-ci ilin yazında xitam verilib.

Ötən həftənin bazar günü isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Xatırladaq ki, M.Əliyeva Xəzər rayonunu, A.Şahverdiyev ərazisinin  böyük bir hissəsi erməni işğalında olan Cəbrayıl rayonunu, R.Rzayev isə Göygöl rayonunu parlamentdə təmsil ediblər.



28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.