Millət vəkili “Qaçqınkom”un sədri oldu - DOSYE

Millət vəkili “Qaçqınkom”un sədri oldu - DOSYE
21 Apr 2018 22:05


Ölkə prezidenti İlham Əliyevin  son sərəncamı ilə yeni təyinat alan hökumət üzvləri arasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası və “Avronest” Parlament Assambleyalarındakı nümayəndə heyətinin üzvü Rövşən Şükür oğlu Rzayev də var.

realpress.az-ın xəbərinə görə, ixtisasca hüquqşünas olan 56 yaşlı R. Rzayev prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, həmin vəzifəni son günlərə kimi baş nazirin müavini və hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini  Əli Həsənov icra edirdi.

Bundan sonra Ə. Həsənov sadəcə, baş nazirin müavini vəzifəsini icra edəcək.

Onu da qeyd edək ki, R. Rzayev parlamentin ən fəal deputatlarındandır.

O, həm də “Azərbaycan Respublikasının  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü kimi xalq diplomatiyası ilə məşğul olur.

Eyni zamanda, R. Rzayev tanınmış bir ailənin övladıdır.

Atası Şükür Rzayev uzun illər prokurorluq oqranlarında yüksək vəzifələrdə çalışıb.

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Sumqayıt və Bakı şəhərlərinin prokuroru olub.


16 Apr 2024
Siyasət

Serbiya baş nazirinin birinci müavini: “Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk” - FOTO

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.

16 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

15 Apr 2024
Siyasət

Ölkədə qızıl istehsalı ARTIB

2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6 kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.8 % artıb.

15 Apr 2024
Siyasət

Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

15 Apr 2024
Siyasət

Nazir: Azərbaycan neft-qaz ölkəsi kimi COP29-da digər dövlətlərə örnək ola bilər

Azərbaycan neft-qaz istehsal edən ölkə kimi COP29-da digər dövlətlərə örnək ola bilər.