Bakı metrosunda qadın özünü qatarın altına atıb – YENİLƏNİB

Bakı metrosunda qadın özünü qatarın altına atıb – YENİLƏNİB
22 Apr 2018 22:10


Metroda intihar edən qadının kimliyi məlum olub.

realpress.az-ın məlumatına görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, özünü qatarın altına atan qadın Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızıdır.

13:41

Bu gün “Bakı Metropoliteni”nin “28 May” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

realpress.az xəbər verir ki, bu barədə Unikal.org-a hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, “İçərişəhər – “Həzi Aslanov” istiqamətində hərəkət edən 14 saylı qatar “28 May” stansiyasına daxil olarkən 30-35 yaşlarında qadın özünü qatarın altına atıb. O, relslərin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. İntihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İntihar edən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

25 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

25 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.