AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır

AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır
23 Apr 2018 15:00


“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır.

realpress.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlarla mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail aeroportuna (iyulun 1-dən) müntəzəm reyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.

Qeyd edək ki, AZAL aviaşirkəti iyunun 15-dən etibarən Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərlərinə reyslərin yerinə yetirilməsi barədə artıq razılıq əldə edib.

Bununla da, Azərbaycanın milli aviadaşıyıcısının Səudiyyə Ərəbistanında uçuşlar yerinə yetirəcəyi şəhərlərinin sayı altıya çatacaq. 

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletlər satışa buraxıldığı zaman bu barədə əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az 


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.