Ən əsrarəngiz turizm şəhərləri – SİYAHI

Ən əsrarəngiz turizm şəhərləri – SİYAHI
25 Apr 2018 09:07


Turistlərin ən çox axın etdiyi şəhərlərin ən çox tanınan şəhərlər olduğunu düşünürsünüzsə, yanılırsınız...

Bəlkə də, adlarını ilk dəfə eşidəcəyiniz bu şəhərlərdəki əhalinin sayı yaşadığınız şəhərin əhalisindən qat-qat artıqdır.

realpress.az xəbər verir ki, xaricə getmədən öncə bu siyahıya baxmağınız mütləqdir!

1. Yohannesburq, Cənubi Afrika

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburq Afrika qitəsinin ən çox əhalisi olan üçüncü şəhəridir. 4,5 milyon əhalisi olan şəhərə ildə 4,8 milyon turist axın edir.

Yohannesburq muzeyləri, kazinoları, parkları, botanika bağları və safarisi ilə dünyada ən çox ziyarətçisi olan şəhərdir.

2. Berlin, Almaniya

Berlin ildə 5,1 milyon turist qarşılayır. Almaniyanın paytaxtı olan şəhərin əhalisi 3,47 milyon nəfərdir. 175 muzeyin yerləşdiyi Berlin dünyanın ən böyük açıq hava qalareyası – “East Side Gallery”yə sahibdir.

“East Side Gallery” Berlin divarının günümüzədək gəlib çıxmış ən uzun qalığıdır. Şəhərin gecə həyatı iddialıdır və turistləri maqnit kimi özünə çəkir.

3. Çennay, Hindistan

Mədəniyyəti, həyat tərzi və filmləri ilə başqa bir dünya olan Hindistanın dördüncü böyük şəhəri olan Çennay ildə 5,7 milyon turisti qonaq edir.

Şəhər ucsuz-bucaqsız okeanı və ovsunlayıcı məbədləri ilə ziyarətçilərinə həqiqi Hindistanı təqdim edir. Köhnə adı Mədrəs olan şəhəri ziyarət edənlər əhalinin standartlardan kənar həyat tərzi olduğunu bildirir. 

Digər tərəfdən çimərliklərinə görə də marağa səbəb olan şəhər yanvar ayında keçirilən “Pongal” festivalı və aprel ayında qeyd edilən “Çennay yeni ili”nə görə turistlərin diqqətini çəkir.

4. Madrid, İspaniya

Madrid ildə 5,5 milyon turist yola salır. Memarlıq möcüzəsi sayılan şəhərin tarix qoxan küçələri, ucsuz-bucaqsız parkları görənləri heyran edir. Şəhərdə bir-birindən məşhur 50 muzey var.

Gecə həyatı ilə də populyar olan Madridin fərqli cazibəsi insanları cəlb edir. Maraqlı ləzzətlərə ev sahibliyi edən şəhər yeməkləri, içkiləri ilə turistlərə inanılmaz zövq yaşadır.

5. Praqa, Çexiya

Çexiyanın paytaxtı olan şəhər ildə 6,4 milyon turistin axın etdiyi yerdir.

“Dünyanın ən gözəl şəhəri”, “Qızıl şəhər”, “Nağıl şəhəri”, “Avropanın qəlbi” kimi ünvanlara sahib şəhərin əhalisinin sayı 1,2 milyon nəfərdir.

Şəhərin bu qədər əsrarəngiz olmasının səbəbi II Dünya Müharibəsindən “sağ-salamat” çıxmasıdır.

Bütün tarixi binalar, evlər, saraylar olduğu kimi qalıb. Turistlər burada özlərini nağılın içində hiss edirlər.

Xüsusilə şəhərə hakim olan barokko üslubundakı memarlıq (XVIII əsrdə meydana gələn Avropa sənətkarlığı), valehedici şəhər meydanları, əzəmətli kilsələri və gəzməyə hər zaman uyğun olan havası ilə 6,4 milyon turisti buraya cəlb edir.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.