“15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar” — Azərbaycan Turizm Assosiasiyası rəhbərindən taksi sürücülərinə SƏRT ETİRAZ

“15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar” — Azərbaycan Turizm Assosiasiyası rəhbərindən taksi sürücülərinə SƏRT ETİRAZ
30 Apr 2018 16:10

N.Bağırov “Realpress.az”-a açıqlamasında bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib:

“Taksi sürücülərinin turistləri aldatması ilə bağlı Azərbaycan Turizm Assosiasiyası olaraq hələ bir il əvvəl məsələ qaldırmışdıq. İndi də o fikirdəyik ki, bu cür problemlər aradan qaldırılmalıdır”.

O qeyd edib ki, taksi sürücüləri ilə bağlı nöqsanların aradan qaldırılması tədbirlərinə ilk növbədə Heydər Əliyev adına Binə Hava Limanından başlamaq lazımdır:

“Çünki hava limanında dayanan taksi sürücüləri ölkəmizə gələn turistləri aldadırlar, 15 manatlıq yola görə turistlərdən 50-100 dollar pul alırlar. Ona görə də ilk növbədə Hava Limanında mövcud olan bu kimi problemləri həll etmək lazımdır. Çünki turistlərin Azərbaycan haqqında ilk fikri məhz Hava Limanında yaranır. Bizə də taksi sürücüləri tərəfindən aldadılma ilə bağlı nə qədər turist tərəfindən şikayətlər daxil olur. Bu cür halların sayı onlarladır. 

Avropanın hər hansı ölkəsinə səfər edən zaman turist taksiya minən kimi taksidə quraşdırılan sayğac çalışır və pul həmin sayğacın yazdığına əsasən ödənilir. Daha taksi sürücüsü özündən yüksək vəsait uydurmur. Azərbaycanda turistləri aparan taksi sürücüləri yalandan vəsait uydururlar, sayğaca min cür fırıldaq edirlər. Nə olsun ki, apardıqları adamlar xarici turistlərdir? Məgər xarici turist anlamır ki, ona fırıldaq edilir, aldadılır? Heç kəs avam deyil”.

N.Bağırov sözügedən nöqsanların aradan qaldırılması üçün Azərbaycan Turizm Assosiasiyası olaraq Mədəniyyət və Turizm Nazirliyinə (indiki adı Dövlət Turizm Agentliyi – müəllif) müraciət etdiyini söyləyib:

“Çox təəssüf ki, hələlik bununla bağlı ciddi addımlar atılmayıb. Çox yaxşı olar ki, sadalanan problemlərin həlli üçün müvafiq addımlar atılsın. Çünki bu cür problemlər davam etdikcə, Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunmayacaq. Hər hansı xarici turist Azərbaycana gələn zaman oxşar hadisələrlə rastlaşdıqda, o, Azərbaycana gəlmək istəyən digər insanlara ölkəmizə gəlməməyi məsləhət görəcək. Bu da Azərbaycanda turizmin inkaşdına mənfi təsir göstərəcək”.

O əlavə edib ki, bu sahədə problemlər təkcə taksi sürücüləri ilə bitmir:

“Bu gün restoranlarda və turizm şirkətlərində də oxşar problemlər mövcuddur. Çox təəssüf ki, Azərbaycanda turizm şirkəti kimi dələduzlar da fəaliyyət göstərir. Onlar bu sahədə lisenziyaların olmamasından sui-istifadə edirlər”. 



23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.