Müəllim olmaq istəyənlərin nəzərinə - Nəticələr açıqlandı

Müəllim olmaq istəyənlərin nəzərinə - Nəticələr açıqlandı
07 May 2018 10:16

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə ilə keçirilmiş müsahibələrin nəticələri məlum olub.

Realpress.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibələrin nəticələrinə əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilməyən ümumtəhsil məktəblərinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul edilmək istəyən 121 nəfər və həvəsləndirmə tədbirləri tətbiq edilən ümumtəhsil məktəblərində işləyən 356 nəfər olmaqla ümumilikdə 477 nəfərlə növbəti tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilmiş müsahibələrdə hər bir namizəd müsahibə proqramına uyğun olaraq qiymətləndirilib. Müsahibədə iştirak etmək üçün http://www.miq.edu.az/muqavile/ saytında elektron qeydiyyatdan keçmiş ümumilikdə 2882 nəfər müəllimdən 692 nəfəri müsahibələrdə iştirak edib.

Qeyd edək ki, mövcud qaydalara əsasən işə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 təqvim ili müddətində qüvvədədir. Belə ki, sözügedən müsahibələrdə uğur qazana bilməyən, 2017-2018-cı tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, zəruri keçid balını toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilər.

Müsahibələrin nəticələri barədə ətraflı məlumat almaq istəyən namizədlərə şəxsi səhifələrinə baxmaları tövsiyə olunur.




22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.