“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan tibbi” mövzusunda elmi konfrans keçirilib
09 May 2018 08:57

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, konfransda Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxış edib. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram əlamətidir. Professor Ulu Öndərin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə onun müstəsna xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda elmə və təhsilə həmişə diqqət və qayğı göstərib. Ölkəmizdə səhiyyənin sürətlə inkişafı, tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır.

Bu gün Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə səhiyyə sahəsində səmərəli islahatlar həyata keçirilib. Hazırda təkcə paytaxtda deyil, regionlarda da tibb ocaqları ən müasir avadanlıqla təchiz edilib. Müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı surətdə yenidən qurulub, regionların sakinləri yerlərdə müalicə olunmaq imkanı əldə ediblər.

Sonra Seçenov Universitetinin Bakı filialının tələbələrinin məruzələri dinlənilib.



22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.