Avropa çempionumuz: Almanlar görüşləri 20 min avroya satmışdı – MÜSAHİBƏ

Avropa çempionumuz: Almanlar görüşləri 20 min avroya satmışdı – MÜSAHİBƏ
09 May 2018 14:16


55 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə Avropa çempionu olmuş Eldəniz Əzizlinin realpress.az-a müsahibəsi

– Sizi böyük auditoriya çox da yaxından tanımır. Bir az özünüz haqda məlumat verin.

– Özüm Beyləqan rayonunda doğulmuşam. Güləşə də 1999-cu ildə orda başlamışam. 2006-cı ilədək Beyləqanda məşq etmişəm. 2006-2007-ci illərdə Azərbaycan çempionatında III yerə çıxdığım üçün milli komandaya dəvət almışam. 2007-2009-cu illərdə ardıcıl üç il yeniyetmələr arasında Avropa çempionu oldum.

Bizim vaxtımızda yeniyetmələr üzrə dünya çempionatı keçirilmədiyindən, bu titula yiyələnməmişəm. Sonra 2010-2011-ci illərdə gənclər arasında Avropa və dünya çempionluğunun sevincini yaşadım. Həmçinin 2011-ci ildə gənclər millisinin üzvü olsam da, böyüklərin Avropa çempionatında III yerə çıxmışam.

– Yunan-Roma güləşi üzrə Dağıstana yollanmış heyətdə yeganə böyüklər arasında Avropa çempionu olan sizsiniz. Həmin bu hissi necə ifadə edə bilərsiniz?

– Həmişə eşidirdik ki, böyüklər arasında Avropa çempionu olmaq necə böyük fəxrdir. 19 ildir ki, bu yöndə əziyyət çəkirdim. Yeniyetmələr və gənclər arasında Avropa çempionluğu ilə bunun arasında böyük fərq var. Böyüklərin Avropa çempionatında hətta bürünc medal belə gənclər arasında on dəfə dünya çempionu olmaqdan üstündür.

Bu, Avropada sənə verilən dəyərin ən yüksək pik həddidir. Bu hiss əziyyət çəkib əkdiyin meyvə ağacının barından dadmağa bərabərdir. Əlbəttə ki, sevinirəm. Güləşdən ayrılanda Avropa çempionluğum tarixdə bir titul olaraq qalacaq. Yeri gəlmişkən, Azərbaycanda böyüklər arasında yunan-Roma güləşi üzrə Avropa çempionu olmuş beş idmançı vardı. Mən altıncısı oldum.

– Cəmi üç görüş keçirib Avropa çempionu oldunuz. Çempionluğunuza az görüş keçirməyiniz də müəyyən təsir etdimi?

– Belə deməzdim. O biri idmançılar da məndən bir döyüş artıq keçirdilər. Bizim çəki dərəcəsində məndən başqa, iki güclü idmançı vardı. Onlardan biri Rusiya, digəri Gürcüstan idmançısı idi. Hər ikisi ilə də qarşılaşdım, hər iki görüşüm də ağır alındı. Hətta yarımfinalda Rusiya idmançısına uduza da bilərdim, hər şey ola bilərdi.

– Belə demək olarmı ki, estoniyalı idmançı ilə final görüşünüz 1/4 və 1/2 finaldakı görüşlərinizdən daha asan alındı?

– Bəli. Finalda 8:0 hesablı qələbə qazandım. Ən ağır görüşüm yarımfinalda Rusiya idmançısına qarşı oldu.

– Çəkiniz qeyri-olimpiya çəkisi sayılır. Olimpiadada yarışmaq üçün nə edəcəksiniz?

– İnşallah, gələn ildən 60 kq-da yarışlara qatılmağa başlayacağam. Bu il Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında da 55 kq-da çıxış edəcəyəm. Orda əsas rəqiblərim asiyalı idmançılar olacaq. Aşağı çəkilərdə idmançıların boyları bəstə olduğundan, asiyalı idmançılar zirək olur...

– Meydan sahibləri olduqlarından, Rusiya idmançıları ilə görüşdə hakimlərin simpatiyası hiss olunurdu. Rusiya idmançısı ilə final görüşünüzdə bu tərəfkeşliyi hiss etdinizmi?

– Hiss etdim. Məndən aldığı ilk xal düz deyildi. Bunun ajiotajına qapılıb ikinci fəndə düşdüm. Belə olmasaydı, məndən yeddi xal ala bilməzdi. Ruslara böyük kömək edirdilər. Onlara böyük dəstək vardı. Mənim trikomdan tuturdu, onu bircə dəfə də olsun döşəyə oturtmadı. Əslində isə otuzdurmalı idi.

– Görüşdən əvvəl Rusiya idmançısı ilə görüşəndə müəyyən qorxu var idimi?

– Rusiya güləşçisi ilə düşdüyüm üçün yox, Avropa çempionatında yarışdığım üçün müəyyən həyəcan vardı. Ona qalib gəlib finala çıxacaqdım. Bu üzdən həyəcanlıydım.

Rusiya idmançısını isə əvvəl bir dəfə təmiz qələbə ilə məğlub etdiyimdən, qələbə qazanacağımdan 90 faiz əmin idim. Amma görüş istədiyim kimi alınmadı. Bir dənə səhvim ucbatından görüşü az qala uduzacaqdım. Şükürlər olsun ki, 9:7 hesabı ilə qalib gəldim.

– Bizdə olan məlumata görə, siz həm də müqavilə ilə Almaniya klubuna məxsussunuz...

– Elədir. Hazırda Almaniyanın “Nakenhaym” klubu ilə müqaviləm var. O, Almaniya Bundesliqasında mübarizə aparır. Bundan əvvəlki klubum isə “Maynts” idi. İki il əvvəl mənə bu klubdan təklif gəlmişdi. Bildiyiniz kimi, onların məşhur futbol klubu da var. “Qəbələ” Avropa Liqasında “Maynts”la qarşılaşanda mən də stadiona gedib bizimkilərə azarkeşlik etmişdim. Baxmayaraq ki, “Maynts”a məxsus idmançı idim (gülür).

– “Maynts”da ötən mövsüm Bundesliqada neçənci yerə çıxdınız?

– Yarımfinala kimi gəldik. Amma orda iki alman güləşçinin görüşlərini satması üzündən uduzduq. Sonradan bəlli oldu, onlar 20 min avroya satılıbmışlar. Bunun üstü açılandan sonra həmin güləşçilər klubdan qovuldular.

– Sizin klubda məşhur güləşçilərdən kimlər vardı?

– Dünya və Avropa çempionlarından macar Balint Korpaşi, türk Soner Dəmirtaş və erməni Artur Aleksanyan bizim klubda çıxış edirdi. İslam Abbasovu Avropa çempionatında məğlub edən alman Denis Kudla da bizim klubun üzvü idi.

– Siz həm də Azərbaycanda “Dinamo” klubunun da üzvüsünüz. Bu necə olur?

– Güləşdə futboldakı kimi deyil. Eyni zamanda başqa klubla da müqavilən ola bilər. Üst-üstə düşmürsə, mən Azərbaycan çempionatında da, Almaniya Bundesliqasında da yarışa bilərəm. “Dinamo”ya Avropa çempionatından üç gün əvvəl keçmişdim. Keçidim uğurlu və Avropa çempionu oldum.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.