Bəşəriyyət artıq bir neçə min ildir kağızdan istifadə edir və bu vaxt ərzində o, həyatımızın bütün sahələrində geniş tətbiq edilib. Amma alimlər həmişə məşhur əşyalara yeni nöqteyi-nəzərdən baxmağa çalışırlar. “EurekAlert!” nəşri yazır ki, alimlər qrupu tərəfindən adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, İsveç Kral Texnologiya İnstitutu və ABŞ Kimya Cəmiyyətinin əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər: nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər. Bir sözlə, hissəciklərin ölçüləri cüzi böyüdülüb.
Ekspertlər, həmçinin müəyyənləşdiriblər ki, yeni material bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəmdir, həmçinin hörümçək ipəyindən 8 dəfə daha sərtdir.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.