Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI
24 May 2018 10:54


“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

Reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir.

Azərbaycanla eyni yerdə Qambiya, Tanzaniya, Dominikan Respublikası və Çin qərarlaşıb.

realpress.az Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri araşdırıb. 

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsip əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq passportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür.

- Belarus (90 gün), Gürcüstan (90), Qazaxıstan (90), Qırğızıstan (90), Moldova (90), Özbəkistan (90), Rusiya Federasiyası (90), Tacikistan (90), Ukrayna (90)

Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

- İran (15 gün), Türkiyə (1 ay).

2-ci qrup ölkələrə getmək üçün, əslində, viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq lazım deyil.

- Banqladeş, Benin, Boliviya, Kamboca, Kapo-Verde, Komor adaları, Cibuti, Qatar, Qvineya-Bisau, Yamayka, İordaniya, Laos, Livan, Makao, Madaqaskar, Malavi, Maldiv adaları, Marşal adaları, Mavritaniya, Mavrikiy, Mozambik, Nepal, Nikaraqua, Palau, Ruanda, Samoa, Seyşel adaları, Somali, Şərqi Timor, Toqo, Tuvalu, Uqanda, Zimbabve.

3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar.

Siyahı ilə buradan tanış ola bilərsiniz.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.