Gənc Tamaşaçılar Teatrının səhnəsində “Kimdir müqəssir?!”

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Kimdir müqəssir?!”
25 May 2018 10:36

İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.

İdarədən AZƏRTAC-a bildiriblər ki, rejissor E. Zeynallının quruluş verdiyi tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.