Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
26 May 2018 17:05

Mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyətinin  100 illiyinə həsr olunmuş konserе keçirilib. Konsertdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

Realpress.az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilib. 

Beynəlxalq Muğam Mərkəzində daima Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin, uşaq musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə tədbirlər keçirilir,BMM-nin və ADMİU-nun "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi və b. 
  Konsertdə F.Şopenin "Ballada", "Qrand polonez", A.Vivaldinin "İlin fəsilləri", F.Kreyslerin "Çin tanburini", F.Sücətdinovun "Qaytağı", N. Paqaninin "Kampanella",H. Venyanskinin "Skertso-tarantella",C.Cahangirovun "Ana", C.Friskobaldinin "Tokkata", T.Quliyevin "Azərbaycan elləri" əsərləri səslənib. 
 Tamaşaçılar qarşısına Nərmin İsmayılova, Nərgiz Əliyeva,  Ayşə Cəmil, Alim Abdullayev, Cavanşir Rüstəmbəyli, Cannel Nəcəfli, Vaqif  Qurbanov,   Pərvin Vəlizadə, Ərol Rzayev, Sona İsgəndərli, Leyla Zeynalova piano, tar, klarnet, violin və digər musiqi alətlərində ifa ediblər. 

Konsert  musiqisevərlər tərəfindən maraqla qarşılanıb. 

Qeyd edək ki, mayın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yeni səslər, qədim havalar" adlı tədbir keçiriləcəkdir. 
Layihənin informasiya dəstəyini Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu,  Azərtac, "Baku" jurnalı, day.az, milli.az, trend.az həyata keçirir.  
Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz. 



6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.