Tanınmış şoumen Murad Dadaşov “Xalq artisti” fəxri adına layiq görülüb.
realpress.az-ın məlumatına görə, müvafiq sərəncamı mayın 27-də Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
M.Dadaşov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.
Prezident tərəfindən fəxri adlarla təltif olanların tam siyahısı ilə buradan tanış ola bilərsiz.
Qeyd edək ki, Murad Dadaşovun təqdimatında yayıma start veriləcək Maşın şounun növbəti mövsümü mayın 29-da start götürəcək.
Şounun rəsmi informasiya tərəfdaşı Baku.TV videoportalıdır.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.