Mütəxəssislər yeməkləri təzə halda, bişirdikdən dərhal sonra yeməyi tövsiyə edirlər. Bu zəhərlənmə, həzm problemlərinin qarşısını almağa kömək edir, orqanizmi lazım olan vitamin və minerallarla təmin edir.
Realpress.az saglamolun.az-a istinadən bildirir ki, hətta soyuducuda saxlanılan hazır yeməklərdə müəyyən dəyişikliklər baş verir ki, nəticədə onların qidalı dəyəri azalır, tərkibində ziyanlı maddələr əmələ gəlməyə başlayır, orqanizm tərəfindən mənimsənilməsi çətinləşir.
Alimlərin fikrinə görə, bəzi yeməklər var ki, onları qəti şəkildə təkrar qızdırmaq olmaz, soyuq halda yemək daha faydalıdır.
Təkrar qızdırılma zamanı bu yeməklərin faydası kəskin azalır, onlarda ziyanlı maddələr əmələ gəlir. Təkrar qızdırılmış bu yeməkləri yedikdən sonra insanda müxtəlif həzm pozulmaları (köp, qarında ağırlıq, ağrı və s.) meydana çıxa bilər.
Bu xüsusilə hansı yeməklərə aiddir?
1. Çuğundurdan olan yeməklər.
2. Ət və toyuqdan olan yeməklər.
3. Qayqanaq, omlet, bişmiş yumurta.
4. Göbələk.
5. Kartof qızartması, kartof püresi.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.