Təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında...

Təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında...
29 May 2018 12:58

Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər.

Realpress.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv məlumat verib.

Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər.

"Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur, çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla isə ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə, əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir".

İ. Göyüşöv qeyd edib ki, mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir.

"Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqda bir neçə il sonra ürək çatışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir".

Aritmoloq İsmayıl Göyüşov məsləhət görür ki, xəstələr təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər.

"Çünki hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu ürəkdə dəlik,ürək çatışmazlığı, həmçinin aritmiyanın səbəbi ola bilər. Yəni aritmiyalar sadə bir stresslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yarana bilər. Onda həkim müayinəsindən keçmək lazımdır. Infarktla aritmiyanın əlaqəsi var. Belə ki, infarkt aritmiyaya səbəb olur. İnfarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arasında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır".

İ.Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə - təngnəfəslik, ürək döyüntülərinin güclənməsinə diqqətlə yanaşmasına çağırır.

Kardioloq onu da vurğulayıb ki, son vaxtlar müraciətlər arasında ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr üstünlük təşkil edir:

"Bizim şöbəyə daha çox ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələrə ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalışma prosesinə bənzər metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq kimi üsullar tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim ki, Azərbaycanda cəmi bir neçə tibbi mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda ürək çatışmazlığı olan xəstələrdə defüblatorun qoyulması, ürək pillərinin qoyulması ilə də məşğuluq".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.