Qəfildən ortaya çıxan baş gicəllənmələri varsa...

Qəfildən ortaya çıxan baş gicəllənmələri varsa...
30 May 2018 10:09

Əgər ilk dəfə, qəfildən ortaya çıxan baş gicəllənmələri varsa və bu hal davamlı xarakter alıbsa, yubanmadan həkimə müraciət etmək lazımdır. Bu hal bir hərəkət yanılmasıdır. Xəstəyə elə gəlir ki, ya özü, ya da ətrafı hərəkət edir. Baş gicəllənmələri müşahidə olunduqda çox vaxt insan özünü zəlzələ baş verdiyi vaxtdakı kimi hiss edir və ya "yer ayağımın altından qaçır" ifadəsini işlədir.

Realpress.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Nuridə Tağıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkimin dediyinə görə, bu hal bədəndə baş verən bir sıra dəyişikliklərin göstəricisidir.

"Baş gicəllənmələri əsasən bədəndəki qanın həcmi, ürək ritmlərinin sürəti və qan təzyiqindəki dəyişikliklərlə əlaqədar yaranır. Həmçinin beynin alt və aşağı hissəsində yerləşən beyincik və daxili qulaqda yerləşən yarımdairəvi kanalların xəstəlikləri də baş dönməsinə və müvazinətin pozulmasına səbəb olur. Baş dönməsi miqrenin qabaqlayıcı əlaməti şəklində də rast gəlinə bilər",-deyə nevroloq deyib.

Müayinə zamanı yanaşı gedən ürək bulanma, qusma, tərləmə, əl-ayaqda uyuşma, bulanıq görmə, gücsüzlük, qulaqda küy, eşitmənin azalması kimi əlamətlər xəstəliyin yaranma səbəbləri haqqında ilkin məlumat verir. Bununla yanaşı istifadə edilən bəzi dərman preparatları da baş dönməsinə səbəb ola bilər".

Nevroloqun sözlərinə görə, xəstəliyin kəskin və ya yavaş-yavaş başlaması, davam etmə müddəti, şiddətli baş dönməsinin mərkəzi və ya periferik səbəblərini fərqləndirmək üçün ipucu verir: "Həmin problemləri yaşayan xəstələrin həkimə vaxtında müaricət etməsi ürək-damar sistemi xəstəlikləri, beyin şişləri, kistlər, miqren, dağınıq skleroz kimi bir çox xəstəliyin vaxtında diaqnoz qoyulması və müalicəsi baxımından çox vacibdir".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.