Mənsum İbrahimovun səsi batıb? — AÇIQLAMA

Mənsum İbrahimovun səsi batıb? — AÇIQLAMA
31 May 2018 14:47

Xalq artisti Mənsum İbrahimovun səsinin batması xəbəri yayılıb.

"Realpress.az"ın əldə etdiyi məlumata görə, Küveyt səfəri zamanı sənətkarın səhhətində problem yaranıb və o, səsini itirib. İddialara inansaq, həkimlərin müdaxiləsi nəticəsində xalq artisti allergiyadan xilas olsa da, hələlik səsi bərpa edilməyib.

Əməkdaşımız sözügedən məsələylə bağlı M.İbrahimovun özü ilə əlaqə saxlayıb. Sənətkar xəbəri qismən təsdiqləyib:

"Ciddi bir şey deyil, yaz fəsliylə əlaqədar allergiya olmuşdum. Keçib getdi, hər şey qaydasındadır".

Qeyd edək ki, M.İbrahimov Küveytdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış üçün bu ölkəyə səfər etmişdi.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.