Gecə saatlarında kompüter qarşısında oturmaq bu xəstəlikləri yaradır

Gecə saatlarında kompüter qarşısında oturmaq bu xəstəlikləri yaradır
04 İyun 2018 09:41

Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda demək olar ki, əksər insanların işləri bilavasitə kompüter vasitəsilə həll olunur. Bəs görəsən gün ərzində saatlarla kompüter arxasında oturmaq insan sağlamlığı üçün təhlükəli deyilmi? Xüsusilə də gecə saatlarında kompüterlə məşğul olmaq insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Realpress.az xəbər veri ki, gecə kompüter arxasında oturan şəxslər ciddi yuxusuzluq yaşaya bilir.

Alimlər bu istiqamətdə apardıqları araşdırmalar əsasında mobil qurğulardan, eləcə də tabletlərdən istifadənin yuxu rejiminə mənfi təsir etdiyini bildiriblər. Belə ki, 22-28 yaş qrupu insanlar arasında tədqiqat aparılıb. Ard-arda 5 gün gecə saatlarında kompüter arxasında oturmaları tapşırılıb. Könüllülər ardıcıl olaraq 5 gecə kompüter arxasında keçirdikdən sonra bir neçə günü isə qəzet, kitab, jurnal və s. şüadan uzaq məşğuliyyətlərə ayırıblar.

Alimlərin verdiyi rəyə görə, şüa insanların gözlərini qıcıqlandıraraq orada narahatlıq yaradır. Bu isə yuxu rejiminin pozulmasına, əsəblərin gərilməsinə gətirib çıxarır. Könüllülərin elektron cihazlarla keçirdikləri gün, digər günlərə nisbətən 30-40 dəqiqə daha gec yuxuya getdikləri bəlli olub.

Eyniz zamanda iştirakçılar smartfonlardan uzaq qaldıqları günün sabahı özlərini nisbətən daha gümrah hiss etdiklərini deyiblər.

Boulder Universitetindən olan bir qrup mütəxəssis isə bütün bu cihazların, şüanın insan orqanizminin fizioloji göstəricilərinə mənfi təsir etdiyini bildirib. Gec yatmaq vərdişi müəyyən zamandan sonra insanda əqli pozuntulara, psixi xəstəliklərə (şizofreniya) gətirib çıxara bilir. Tədqiqatçılar onu da qeyd edir ki, yuxu rejiminin pozulması orqanizmdə epifizin ən əsas hormonu olan melatonin hormonunun ifraz sürətini də zəiflədir. (publika.az)


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.