Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni nəşrləri

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin yeni nəşrləri
04 İyun 2018 15:22

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatı nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər.

Elmi-Metodiki Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qurumun dörd yeni vəsaiti çapdan çıxıb. “Unudulmaqda olan sənətkarlıq emalatxanası” adlı tövsiyədə yaradıcı dərnəklərin müəllimlərinə, şagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından söhbət açılır. “Seminarların təşkili qaydaları”nda seminarların planlaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir. “Estrada oxuma fənni üzrə” proqram uşaq musiqi və incəsənət məktəbləri, “Musiqi əsərlərinin təhlili” proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulur.

Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulur. Bütün metodiki vəsaitlərlə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq mümkündür.

İndiyədək mərkəz tərəfindən 70-dək metodiki vəsait hazırlanıb. Onlar muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi və digər məsələləri əhatə edir.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.