Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ - İnanmayacağınız TÖVSİYƏ

Məşhur professor arıqlamağın YOLLARINI GÖSTƏRDİ - İnanmayacağınız TÖVSİYƏ
08 İyun 2018 15:44

Türkiyəli professor və kardioloq Canan Karatay arıqlamaq istəyənlərə D vitamini qəbul etməyi məsləhət görüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur ürək həkimi arıqlamaqla bağlı tövsiyələr verib.

C.Karatayın sözlərinə görə, ideal formada qalmaq üçün yemək saatlarını qaçırmamalıyıq:

“Yemək saatlarına diqqət edin. Bu, arıqlamaq istəyənlər üçün vacib məsələdir. Çünki yağ yandırıcı hormon kimi tanınan leptin yemək saatlarında aktivləşir. Dolayısı ilə qidalanma rejimini həmin saatlara əsasən müəyyən edin ki, kalorinin yandırılma prosesi sürətlənsin. Məlum olduğu kimi, insan bədəni yuxu zamanı da kalori yandırır. Odur ki, gecə vaxtı leptinin fəal olması ilə yuxuda da çəki ata bilərsiniz. Lakin leptinin gecə fəal olması üçün axşam saat səkkizdən sonra heç bir şey yeməyin”.

Professor bildirib ki, piylərin yandırılmasında D vitamininin əhəmiyyəti böyükdür:

“D vitamini çatışmazlığı varsa, piylərin yandırılma prosesi çətiləşir. Bunun üçün yaz aylarında tez-tez günəş vannası qəbul edin, qışda isə D vitamini ehtiyacını həblərlə ödəyin. D vitamini ehtiva edən yeməklər bunlardır: balıq, süd, kərə yağı, yulaf əzməsi, yumurta və s.”

Canan Karatay hesab edir ki, aspartam kimi tanınan E-951 kodlu qatqı maddəsinin zəhərdən bir fərqi yoxdur:

“Bədənə girdiyi anda spirtə çevrilən bu qatqı maddəsi yağsız və pəhriz məhsullarında tez-tez istifadə olunur. Yağsız məhsulların tərkibinə qatlan və xərçəng hüceyrələrini qidalandıran bu maddələrdən uzaq durun.

Qablaşdırılmış və konserviləşdirilmiş ərzaqlar sonsuzluqdan xərçəngə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilir. Sağlam ömür sürmək üçün qablaşdırılmış ərzaqlardan imtina edin”.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.