İlansancma zamanı ilk tibbi yardım - FOTO

İlansancma zamanı ilk tibbi yardım - FOTO
09 İyun 2018 09:48

İlansancması yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir.

Realpress.az AZƏRTAC-a istinadən həkim və mütəxəssislərin bəzi məsləhətlərini nəzərə çatdırır.

İlansancması üçün xarakterik əlamət bundan ibarətdir: sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, zədələnən nahiyənin keyiməsi müşahidə olunur. Əsaslı tibbi baxışa qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməlidir. Bunun üçün əvvəlcə ilan sancan adamı sakitləşdirmək, qorxu və həyəcan hissini aradan qaldırmaq lazımdır. Sonra onu uzadaraq rahat şərait yaradılmalıdır. Əl altında olan materiallardan istifadə edərək yara nahiyəsinə şina qoyulmalıdır. Bundan sonra yaradan zəhəri çıxarmağa çalışmaq lazımdır. Sorma üsulu ilə zəhərin 20 faizini xaric etmək mümkündür. Zəhərin sorulması üçün iki əsas şərt tələb olunur: ilan sancandan sonra yalnız ilk 5-10 dəqiqə ərzində zəhəri sormaq mümkündür və bu zaman ağız boşluğunda yara, sıyrıntı, çürük və kariyes dişlər olmamalıdır.

Yara üzərinə xörək duzu məhlulu ilə isladılan, olmasa, təmiz quru sarğı qoyulmalıdır.

Yaddan çıxarmaq olmaz ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.