Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyu olub.
Realpress.az “primecrime.ru” saytına istinadən xəbər verir ki, toy mərasimi "Esa Royal Park" əyləncə mərkəzində təşkil olunub. Toyda kriminal aləmin tanınmış üzvləri iştirak ediblər.
Mərasimdə Roma Jiqan, Alfason ləqəbli Qoçi Alpaidze, Nukri, Kuşner, Çoban və s. kimi tanınmış avtoritetlər iştirak ediblər.
Toyda həmçinin “Lotu Quli” ləqəbli tanınmış “qanuni oğru” Nadir Səlifov da iştirak edib. İlham Hacıyev adlı avtoritet müşayiət edib.
Toyda kriminal aləmin üzvləri görüşüblər. Bildirilir ki, toyda iştirak edən “qanuni oğru” və avtoritetlər mehriban münasibətdə olublar. Sağlıqlar deyilib.
Saytın yazdığına görə, “Lotu Quli” toy bitdikdən sonra dərhal Dubaya uçub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.