Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında - FOTO

Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında - FOTO
11 İyun 2018 18:00


Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəhim Rəhimovun (2000-ci il təv.) CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Realpress.az-ın məlumatına görə, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində, Dövlət Bayraq Meydanının yaxınlığında naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən Könül Əkbərova (1975-ci il təv.) vurulub. 

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü hadisə yerindən qaçıb. 

Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. Hadisə yerinə, avtomaşına, həmçinin ərazidə quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilib və məhkəmə-tibbi ekspertizası təyin olunub.

Müəyyən edilib ki, sükan arxasında Rəhim Rəhimov olub. Bildirilib ki, onun atası Akif Rəhimov “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir, eyni zamanda, paytaxtda fəaliyyət göstərən “Yeganə” şadlıq sarayının sahibi Məmməd Rəhimovun qardaşıdır, mərhum, üç uşaq anası K.Əkbərova isə şəhid Elton Əkbərovun qızıdır.
 
Noyabrın 29-da yetkinlik yaşına çatmayan R.Rəhimov Səbail RPİ 8-ci polis bölməsinə gələrək, təslim olub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun ittihamından CM-nin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi xaric edilib.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.