Qızdırma salmaq üçün bu vasitələrdən istifadə etməyin

Qızdırma salmaq üçün bu vasitələrdən istifadə etməyin
13 İyun 2018 10:27

Uşaqların qızdırmasını salmaq üçün hərə bir vasitədən istifadə edir.

Bəzi yerlərdə uşağı qalın geyindirib, üstünü də yorğanla bərk-bərk örtürlər ki, tərləyib hərarətini salsın. Bəzi yerlərdə isə xəstənin alnına və boynuna dəsmalı sirkəli su ilə isladıb soyuq kompres qoyurlar.

Uşaqlarda hərarət 38-i keçən kimi ana-atalarda çaxnaşma yaradır. Halbuki qızdırma hər zaman qorxulu bir vəziyyət deyil. Əhəmiyyətli olan qızdırmalı uşağa necə yanaşmaq və nə lazım olduğunun bilməkdir. Uşaqlarda hərarət qısa müddət içində özbaşına yaxşılaşan sadə virus xəstəliklərdən qaynaqlanır. Qızdırmalı uşaqların yalnız az bir qismində antibiotik müalicəsi ehtiyacı olan bakterial infeksiyalar olur. Qızdırmanın müalicəsində əsas məqsəd uşağın rahatlanması və narahat edilməməsidir.

Realpress.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, qızdırmalı uşaqlarda 48 saat ərzində temperaturu aşağı salan preparatlardan istifadə etmək olar. Əgər temperatur aşağı düşməsə, mütləq həkimə getmək lazımdır. Pediatrlar sirkə və spirt kimi maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, qızdırmanın aşağı düşməsi üçün məsamələr genişlənməlidir ki, dəri nəfəs ala bilsin. Dədə-babadan qızdırması olan uşaqları sirkə ilə ovxalayırdılar ki, məsamələr genişlənsin. Sirkə dərini qıcıqlandırdığı üçün tənəffüs yaxşılaşdıqca, hərarət dəridən çıxır. Müasir tibb isə belə vasitələri qəbul etmir. Xalq təbabətinin əksini sübut edən elmi məlumatlar aşkarlanıb. Həmin məlumatlara görə, qızdırma zamanı uşağa toxunmaq olmaz. Uşağı soyuq suya salmaq isə müasir tibb üçün kobud müdaxilə hesab edilir.

Həkimin sözlərinə görə, uşağı tərlətmək üçün qalın geyindirib, yorğanla bürüyürdülər. Bu zaman isə daxili temperatur qalxır. Parasetamol qrupundan nəsə, ya da nurofen verməklə uşağı tərlədib hərarətini salmaq daha məqsədəuyğundur:

"Dərman qəbulundan sonra məsamələr genişlənir. Üstünü basdıranda isə biz bədənin tənəffüsünə mane olduğumuz üçün təbabət bu cür vasitələri qəbul etmir. Klinik protokollara görə, yalnız qızdırmasalıcı dava- dərmanlardan istifadə etmək lazımdır. Başa düşürəm, indi bu yazını oxuyanların 50 faizi mənim dediklərimə qarşı çıxacaq ki, biz elə böyümüşük, bizi belə bürüyüblər və s.

Qəbul edirəm, hər yerin özünə görə xalq təbabəti var, amma biz həkim olaraq ancaq tibbin qaydalarına söykənirik. Əvvəllər iri damarların üstünə soyuq əski qoyulurdu, amma tibb elmi belə vasitələrlə damarların sıxıldığını müəyyən edib. Bu isə uşağın orqanizminə ziyan vurur.

Təbabətin tələbinə qörə qızdırma nurofen və parasetamol qrupuna aid olan dərmanlar vasitəsilə salınmalı və uşağın əyni nazik olmalıdır. Temperaturu aşağı salan dərmanları verəndən sonra uşağın bədən geyimini yüngül etməli, ona çoxlu maye içirməli, otağın temperaturu və nəmliyi normal saxlanmalıdır".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.