Azərbaycanlı icra başçısı saxlanıldı - YENİLƏNİB

Azərbaycanlı icra başçısı saxlanıldı - YENİLƏNİB
13 İyun 2018 12:02

11:34

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun  saxlanıldığı barədə xəbər yayıb.

Realpress.az APA-ya istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

----------
09:52

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

Realpress.az APA-ya istinadən xəbər verir ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
 
İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. 
 
T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.
 
E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib. 
 
Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.