Bilik Fondu Milli Qurtuluş Gününü bölgələrdə qeyd edib

Bilik Fondu Milli Qurtuluş Gününü bölgələrdə qeyd edib
13 İyun 2018 15:44

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bölgələrdə bir sıra maarifləndirici tədbirlər təşkil edib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, iyunun 12-də Ağstafa Regional Bilik Evində, ertəsi gün isə Şəmkir Bilik Evində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirəsi keçirilib.

Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq, ölkəmizdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və bununla da inkişafın təməlini qoyub. Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova çıxış edərək bu tarixi günün əhəmiyyətindən bəhs ediblər.

Şəmkir Bilik Evində keçirilən tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Davud Süleymanov Ümummilli Liderin şəxsiyyətinin, onun özünəməxsus siyasi idarəetmə qabiliyyətinin, qətiyyəti və uzaqgörənliyinin xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirdiyini qeyd edib.

Mühazirəçi S.Əliyeva ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirib. Bildirilib ki, məhz bu dövrdə Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb, qarşıda duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Daha bir maarifləndirici tədbir İsmayıllı Bilik Evində yerli gənclərin iştirakı ilə keçirilib. Bilik Evinin müdiri Sevinc Novruzova, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Elnarə Qasımova, Bilik Evində təşkil olunmuş “Kompüter texnologiyaları və kargüzarlıq işi” kursunun təlimçisi Nərmin Baxışlı çıxış edərək Milli Qurtuluş Gününün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.

Qeyd olunub ki, məhz 1993-cü il iyunun 15-dən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.

Realpress.az

22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.