“HELL” içkisi Brus Uillisin xoşuna gəldi - MÜSAHİBƏ

“HELL” içkisi Brus Uillisin xoşuna gəldi - MÜSAHİBƏ
14 İyun 2018 11:19


Bir müddət öncə xəbər verdiyimiz kimi, “HELL ENERGY” Hollivud aktyoru Brus Uillis ilə birgə Nyu-Yorkda qlobal reklam çarxı hazırlayıb. “HELL”in PR direktoru Ester Anna Toth və marketinq direktoru Peter Pantl görülən işlərə şəxsən nəzarət ediblər.

Dediklərinə görə, “HELL ENERGY”nin səmimi, peşəkar, təvazökar siması ilə çəkiliş etmək möhtəşəm təcrübə idi. 

- Maraqlıdır, niyə sima olaraq məhz Brus Uillisi seçdiniz? 

Peter Pantl: Onun şəxsiyyəti brendin dəyərlərinə mükəmməl şəkildə uyğun gəlir. Biz markamızın istehlak olduğu bütün ölkələrdə tanınan, “HELL ENERGY”nin geniş hədəf auditoriyasına uyğun gələn dinamik, etibarlı bir ulduz axtarışında idik. Digər mühüm cəhət isə o idi ki, Brus Uillis müqayisədə az sayda məhsulu reklam edib.

- Belə bir məşhur aktyordan necə razılıq aldınız?  

Peter Pantl: Amerikalı məşhurun agenti ilə danışıqlar aparmaq asan deyil, lakin hər kəs bütün tapşırıqlara pozitiv və çevik şəkildə yanaşdı. Kollektivimiz aktyorla danışıqlara sıfırdan başladı, ona necə bir məhsul istehsal etdiyimizi, zavodlarımızı, hansı ölkələrə ixrac olunduğumuzu və əlbəttə ki, uğur hekayəmizi danışdıq.

Bundan sonra razılıq əldə edəcəyimizə dair şübhəmiz qalmamışdı. Brus Uillis də bizim məhsulumuzu çox xoşladı.

- Məşhur bir aktyorla iş, güman ki, detallı plan tələb edir. Çəkilişləri necə təşkil etdiniz?  

Peter Pantl: Dediyiniz kimi, “Amerikan Prodakşn” şirkəti ilə reklam çəkilişinin ən kiçik detallarını belə təşkil etməli və son dəqiqəyə qədər hər şeyin planını qurmalı idik. Üç günlük çəkilişin birinci günündə pəkşot çəkilişləri edildi, üç nəfərdən ibarət stilist komandası 12 saat, sadəcə, enerji içkisinin görüntüsü üzərində işlədi.

İkinci gün çəkiliş Brus Uillisin dublyoru ilə modelləşdirildi. Bu aktyorla keçən vaxtı maksimum effektiv istifadə etmək üçün vacib idi. Müqaviləyə əsasən, çəkiliş üçün cəmi 10 saat vaxtımız var idi. Bu vaxt aktyorun evindən çıxdığı andan başlayırdı və evinə qayıtmaq müddəti də buraya daxil idi. 

Ester Anna Toth: 40 adamdan ibarət heyətlə işləyirdik və qrafikimiz çox gərgin idi. Brus Uillis yarım saat tez gəldi və gecikmələr olmasın deyə studionun yaxınlığındakı mənzilində qaldı. Amma bizə yenə də vaxt kifayət etmədi və onun meneceri ilə danışdıqdan sonra işləri bitirməyimiz üçün yarım saat da əlavə qaldı.

- Brus Uillisin də digər məşhurlar kimi kaprizləri var idi? 

Ester Anna Toth: Brus, həqiqətən, çox peşəkar, asan yola gedilən insandır və tipik məşhurlar kimi davranmır. O, bütün gün gördüyümüz işə fokuslandı. Aktyor çoxlu tələblər edə bilərdi, amma yeganə istəyi kiçik yaşıl otaq oldu, əlavə heç bir tələb bildirmədi. Brus heyətlə birlikdə gəldi, hətta fasilələrdə istirahət otağına belə getmir, söhbət edirdi.

- Yaddaqalan hansısa bir hadisəni paylaşa bilərsiniz?   

Peter Pantl: Fotolar çəkilərkən, zəhmət olmasa, daha böyük gülümsəmə (bigger smile) sözlərini eşidəndə, Brus hirslə cavab verdi: “Yaxşı, mən daha yaxşı güləcəm”.

Bunu eşidəndə birdən çox həyəcanlandım, fikirləşdim ki, əsəbləşdi və elə indicə günün ortasında çəkilişi tərk edəcək. Sonra Brus güldü və dedi: “Zarafat edirdim”. O, aktyorluğu yaxşı bacarır. 

- Bəs Brus Uillis HELLi bəyəndimi? 

Peter Pantl: Brus enerji içkisini çox bəyəndi, hətta ona verilən bütün enerji içkilərini içdi. Axırda aktyoru həddən çox kofeindən qorumaq üçün “HELL”i qazlı su ilə əvəz etməli olduq.

Müsahiblərimiz sonda bildirdilər ki, reklamın hazırlanma prosesi təxminən altı ay çəkib. Yüzə yaxın insan reklamın ərsəyə gəlməsi üzərində işləyib və onlardan 40 nəfəri Nyu-Yorkdakı reklam çəkiliş qrupunda olub. 

Oxucularımıza çəkilişin səhnə arxasından maraqlı məqamları təqdim edirik. 


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.