200 manatlıq əskinaslara çəkilən xərc bəlli oldu

200 manatlıq əskinaslara çəkilən xərc bəlli oldu
14 İyun 2018 11:35


Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə, əskinaslara çəkilən xərclər daima azalır.

Realpress.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, döviyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş yerləşdirib təhvil ala bilər. Lakin bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2%, digər əskinaslar üçün 0,1% müəyyən edilib.

Banklar istəsələr, daha aşağı tariflə 50-100 manatlıq əskinaslar götürə bilərlər", - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəkisinin azaldılmasıdır.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, əgər hazırkı inflyasiya səviyyəsi qalarsa, ilin sonunda uçot dərəcəsinin 8% olması komfot zona hesab edilə bilər:

“Lakin son rübdə mövsümi amillərdən asılı olaraq, inflyasiya aktivləşməsi baş verir. Belə olan halda bu komfort zona bir qədər arta bilər. Yəni 8-10%-i komfort zona hesab olunur”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.