Yeni Lenovo ThinkPad P52 noutbuku təqdim olunub

Yeni Lenovo ThinkPad P52 noutbuku təqdim olunub
14 İyun 2018 12:17

“Lenovo” şirkəti yeni “ThinkPad P52” noutbukunu təqdim edib. Bu, hazırda şirkətin 15,6 düymlük ən güclü noutbuku adına namizəd mobil işçi stansiya sinfinə aid modeldir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, 4K Ultra HD (3840 x 2160 piksel) təsvir ölçülü 15,6 düym diaqonallı ekranla təchiz edilən “Lenovo ThinkPad P52” noutbuku səkkizinci nəsil altınüvəli “Intel Xeon” prosessorlarını, “NVIDIA Quadro P3200” qrafik sürətləndiricisini, 128 giqabaytlıq operativ yaddaşı və 6 terabaytlıq quraşdırılmış yaddaşı dəstəkləyir.

Çəkisi 2,44 kq təşkil edən yeni qurğu rəqəmli bloka malik klaviatura, işıqlandırıcı və suyadavamlı mühafizə, barmaq izi skaneri və istifadəçinin identifikasiyası üçün “Windows Hello” infraqırmızı kamera ilə təchiz edilib.

Qurğuda, həmçinin iki “Thunderbolt 3” portu, “HDMI 2.0” və “mini DisplayPort 1.4”, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, “Ethernet”, SD kart oxuyucusu və üç “USB 3.1 Type-A” portu nəzərdə tutulub. Bundan əlavə, “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0” və “4G LTE” modulları dəstəklənir.

Satışına bu ay ərzində başlanacaq “ThinkPad P52” noutbukunun tövsiyə edilən qiyməti barədə məlumat verilmir.

Realpress.az



18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.