Azərbaycanda yerli istehsal siqaretlər bahalaşacaq

Azərbaycanda yerli istehsal siqaretlər bahalaşacaq
14 İyun 2018 14:40


Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Realpress.az xəbər verir ki, bundan sonra Azərbaycanda tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.

İndiyədək bu məbləğ 4 manat idi. Deməli, bundan sonra ən kobud hesablamalarla bir qutu siqaretdə vergi yükü 1,2 qəpiyə yaxın olacaq. 

Xatırladaq ki, ilin əvvəlində Nazirlər Kabinetinin qərarı ilə tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılmışdı. 

Ümumilikdə, Azərbaycanda istehsal edilən və idxal olunan alkoqollu içkilərə, tütün məmulatlarına aksiz dərəcələri sonuncu dəfə 2015-ci ildə artırılmışdı. Aksiz dərəcələri milli valyuta ilə müəyyən edilmişdi.  

Yerli istehsalçılarla idxalçıların aksiz dərəcəsi yükünün eyniləşdirilməsi əbəs deyil.

Belə ki, 2018-ci ilin büdcədəsində aksiz vergisi üzrə daxilolamarın həcmi 2017-ci ilin proqnozu ilə müqayisədə 82,0 milyon manat - 91,1 faiz çox proqnozlaşdırılıb. Yəni 172,0 milyon manat nəzərdə tutulub. 

Yerli istehsalçılar artıma susur  

Bildirək ki, Azərbaycanda son bir ildə siqaret istehsalı artıb. Belə ki, bu ilin beş ayı ərzində 1 275,0 milyon siqaret istehsal olunub ki, bu da 2017-ci ilin eyni dövründəkindən 4,2 dəfə çoxdur. 

Bazarın ən böyük istehsalçıları “European Tobacco-Baku” və “Cahan Tobacco” MMC-dir (Naxçıvanda fəaliyyət göstərir).

Vergi yükünün artırılmasının onlara necə təsir edəcəyini öyrənməyə çalışdıq. Lakin müəssisələrin hələlik susmağa üstünlük verdiklərini ortaya çıxdı.

Pərakəndə ticarət şəbəkələrində apardığımız reydlər göstərir ki, yerli istehsal siqaretlərin qiymətlərində dəyişiklik olmasa da, bazarda bu məhsulların çeşidi azalıb. Qiymət baxımından daha ucuz olan yerli siqaretlər bir sıra satış obyektlərindən yığışdırılıb. 

İqtisadçı-ekspert Rəşad Həsənov ortamüddətli dövrdə qiymətlərin bahalaşacağını istisna etmir:

“Yerli istehsal məhsullarının qiymətindəki artım idxal siqaretlərə təsir edəcək”.

Ekspertə görə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məhsullarının həcmi artacaq:

“Daxili bazarlarda son istehlak məhsullarının qiymətlərinin artması qaçaqmalçılıq imkanlarını artırır”. 

R.Həsənov deyir ki, yerli istehlak məhsullarının strukturunda da dəyişikliklər gözlənilir. Onun sözlərinə görə, qiymət artımı əhalinin daha aşağı keyfiyyətli tütün məhsulları istifadə etməsinə gətirib-çıxaracaq.

Ekspert bildirdi ki, vergi yükünün artırılması tütün məhsullarının qiymətlərinə 5 faiz təsir edə bilər. 

Sonda onu da bildirək ki, əhalinin son istehlak xərclərində siqaretin payı elə də az deyil. Məsələn, 2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarətin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları təşkil edib.

İçkilər və tütün məmulatlarının satışından 668,5 milyon manat gəlir əldə olunub.

Digər tərəfdən, siqaretin idxal statistikası da diqqət çəkir. Əgər cari ilin beş ayında yerli istehsal artıbsa, siqaret idxalı 10,5 faiz azalıb.

Belə ki, bu ilin beş ayında 1 275,0  milyon ədəd siqaret istehsal edilib, 2443,8 milyon ədəd isə idxal olunub. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.