1500-ə aldığı maşına 20 min xərc qoydu — FOTOLAR

1500-ə aldığı maşına 20 min xərc qoydu — FOTOLAR
18 İyun 2018 16:25

Türkiyənin Zonquldak rayonundakı 52 yaşlı Namiq İşıqlı və 21 yaşlı Lutfican İşıqlı 1500 lirəyə (600 manat) aldıqları 1972-ci ilin istehsalı olan çürük avtomobili yenidən təmir ediblər. “Realpress.az” xəbər verir ki, ata-oğul maşına 20 min lirə (7 min manat) xərc qoyublar.

Namiq çox xoşladığı “Murat 124” markalı maşını alıb. Sonra isə xarab maşını evakuator vasitəsilə sexə aparıb. Bir neçə usta maşına əməlli-başlı əl gəzdirərək onu yeniləyiblər.

Namiq və oğlu 4 il ərzində Türkiyənin dörd bir tərəfindən orijinal ehtiyat hissələri alaraq maşını zavod istehsalı formasına gətiriblər. O, bildirir ki, 1974-cü ildə eyni avtomobildən alıb:

 “Avtomobil ilk aldığım maşınla eynidir. Mənim üçün xatirəsi var. Alın təri ilə aldığım ilk maşın idi. Bu maşını da oğlum üçün aldım. Onun da bu maşınlara marağı var. Birlikdə originalına uyğun formaya gətirdik. Çox əziyyət çəkdik. Amma istədiyimiz alındı. Bütün ehtiyat hissələri orijinaldır. Oğlum da, mən də zövqlə sükan arxasına keçirik”.

Avtomobili görənlərin çox şad olduğunu söyləyən Namiq İşıqlı deyib:

“Bizim yaşımızdakı insanların bu avtomobil ilə bir xatirəsi var. İlk maşınları, ilk mindikləri avtomobil olub. Mən bu maşına minəndə gənclik illərimə gedirəm. O illəri xatırlayıram. Məni şad edir. Bu maşını sürməkdən ləzzət alıram. Onu övladım kimi sevirəm”.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.