Rusiyada tam gücü ilə davam edən futbol üzrə dünya çempionatında F qrupunun digər cütlüyü arasında matç keçirilib.
Realpress.az xəbər verir ki, Nijni Novqorod şəhərinin futbol arenasında İsveç və Cənubi Koreya yığmaları üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə İsveçin xeyrinə başa çatıb.
63-cü dəqiqədə hakim videotəkrara baxdıqdan sonra C.Koreyanın qapısına 11-metrlik cərimə zərbəsi təyin edib.Qrankvist penaltini dəqiq yerinə yetirərək qapıçıya heç bir şans qoymayıb.
İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ABŞ-də fəaliyyət göstərən və təhsil alan azərbaycanlı idmançılar və tələbələrlə görüşüb.
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.