“Windows” üçün təhlükəli virus yayılıb

“Windows” üçün təhlükəli virus yayılıb
19 İyun 2018 12:12


İnternetdə “Windows 10” əməliyyat sisteminin müdafiə sipərini yara bilən yeni virus yayılıb.

Realpress.az xəbər verir ki, bu haqda “ZD Net” məlumat yayıb.

“Zacinlo” haker qrupunun ərsəyə gətirdiyi virus kompüter və ya noutbuka düşdükdən sonra istifadəçini müxtəlif reklamlara baxmağa məcbur edir.

Yoluxan kompüterlərin 90 faizə yaxını məhz “Windows 10” əməliyyat sistemi ilə işləyir.

Maraqlıdır ki, “Microsoft” şirkəti hələ ilk relizi zamanı “Windows 10”un rəqibləri arasında ən mükəmməl müdafiə sisteminə malik olduğu və belə zərərli proqram təminatlarının sistem qovluqlarına düşməsinə imkan vermədiyi ilə öyünürdür.

Habelə mütəxəssislər əmin edir ki, virus gizli şəkildə fəaliyyətdə olur. Hakerlər virusun sayəsində istifadəçinin hər dəfə baxmağa məcbur qaldığı reklamdan pul qazanır.

Ancaq bu işin heçdə ən pis tərəfi deyil. Virtual dələduzlar istifadəçinin kompüterinin ekranında olanları printskrin (skrinşot) edə bilir.

Yeni virusun əsas qurbanları ABŞ sakinləri olsa da, təhlükəli proqram təminatı artıq Avropa ölkələri, Çin və Hindistana da yayılıb.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.