"Fənərbağça" baş məşqçi Aykut Kocamanla yollarını ayırıb.
Realpress.az goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər" türkiyəli mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyub. Klubun rəsmi saytı xidmətlərinə görə Kocamana təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Onun yenidən "Konyaspor"a qayıtması gözlənilir.
"Fənərbağça"nı kimin çalışdıracağı da böyük ölçüdə dəqiqləşib. Komandanın sükanı arxasına PSV-nin baş məşqçisi Fillip Koku gətiriləcək.
Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.