Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO

Azərbaycanda məmur oğlu 13 yaşlı qızı şantaj edərək dəfələrlə zorladı - VİDEO
20 İyun 2018 09:29

Lerik rayonunda azyaşlının zorlanması ilə bağlı sosial mediada məlumat yayılıb.

Realpress.az-inYenicag.az-a əldə etdiyi istinadən məlumata görə, 7-ci sinif şagirdi Z.O-nun (ad şərtidir) dərs zamanı ürəkbulanması olub. Zəhərlənməsindən şübhələnən valideynləri onu xəstəxaya aparıb və orada dəhşətli nəticə ilə üzləşiblər. 13 yaşlı qızın hamilə olduğu məlum olub. 7-ci sinif şagirdininin verdiyi məlumata görə, onu dəfələrlə şantaj edərək zorlayıblar. Deyilənə görə, həmin şəxsin əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Bu hadisə üzə çıxandan sonra oğlan qızı qaçırıb.

Qeyd edək ki, oğlanın 25 yaşı var və orta təhsillidir.

Sosial media istifadəçiləri bununla bağlı Daxili İşlər naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıblar: “Bu gün sosial şəbəkələrdə yayılan bu biabırçı hadisəni qınayırıq və hüquq mühafizə orqanlarından dərhal bu məsələni araşdırmağa çağırırıq. Əmisi vəzifədə olduğu üçün rayon prokurorluğunun əli ilə cinayəti ört-basdır etmək istəyir. Buna imkan verməyin”.

Həmin videonu sizə təqdim edirik:


16 Apr 2024
Cəmiyyət

Cəbrayılda minalar aşkarlanıb - FOTO/VİDEO

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

16 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

16 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

16 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Özbəkistan prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.