Piyadanı vuran kişi vicdan əzabına dözməyib özünü asdı - Məktubu tapıldı - FOTO

Piyadanı vuran kişi vicdan əzabına dözməyib özünü asdı - Məktubu tapıldı - FOTO
20 İyun 2018 10:47

İstanbuldan bayram tətili üçün gəldiyi Samsunda qonşunu xəstəxanaya apararkən avtomobili ilə vurduğu tələbəni ağır yaralayan yaşlı kişi addımı ilə hər kəsi dəhşətə gətirib.

Realpress.az  Haberler-ə istinadən xəbər verir ki, 65 yaşlı Recep Işık tələbə Barış Demiri maşını ilə vurduqdan sonra ağır yaralanan gənc xəstəxanaya çatdırılıb.

Qəzanın şokunu üzərindən ata bilməyən Recep Işık "Mən bu qəzanı necə etdim, niyə görmədim?" deyərək depressiyaya düşüb.

Tez-tez xəstəxana ilə əlaqə saxlayıb yaralı gəncin vəziyyətini həkimlərdən soruşan 65 yaşlı kişi tələbənin sağlamlığının təhlükədə olduğunu öyrənincə bir məktub yazaraq 2 mərtəbəli mənzilin damında özünü asıb. R.I səhərə yaxın qohumları tərəfindən tapılıb. 

R.I-nın yazdığı məktubda qəzaya görə çox məyus olduğunu və bu səbəbdən vicdan əzabı çəkdiyini yazdığı üzə çıxıb.

İntihar hadisəsi ilə bağlı istintaq davam edir.


29 Mar 2024
Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb: 40-a yaxın hərbçi ölüb - VİDEO

İsrailin Suriyanın şimal-qərbində yerləşən Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində azı 36 Suriya hərbçisi həlak olub.

29 Mar 2024
Dünya

Braziliyada 25 mərtəbəli bina alovlara büründü - VİDEO

Braziliyanın Resife şəhərinin çoxmərtəbəli bina yanır.

29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.