Açıq-saçıq fotoları yayılan Ramina: Üzünə baxan kimi bilirsən ki, kişidir- FOTO

Açıq-saçıq fotoları yayılan Ramina: Üzünə baxan kimi bilirsən ki, kişidir- FOTO
20 İyun 2018 10:55

Realpress.az cazibədar model və aktrisa Ramina Abbasovanın yenicag.az-a müsahibəsini təqdim edir:

Ramina haralardasan, dedilər birdəfəlik xaricə köçmüsən?

Yox, yalandan xəbərlər yayıblar ki, Ramina Azərbaycandan köçüb. Məni istəməyənlər belə xəbərləri yayırlar. Azərbaycandayam və filmlərə çəkilirəm. "İkili həyat" filmində çəkildim. Sentyabrda Qala gecəsi keçiriləcək.

Səni daha çox hansı film tanıtdı?

Komediyalarla tanındım. "Bozbaş pictures"in filmləri ilə məşhurlaşdım.

Sosial şəbəkədə çox aktivsən. Daha çox nə yazırlar sənə?

Çox şeylər yazırlar, amma fikir vermirəm. Çünki mən xasiyyətcə davakar adam deyiləm və qalmaqal etməyi xoşlamıram.

Geyimlərində və davranışında cəmiyyəti nəzərə alırsan?

Qətiyyən. Mənim öz stilim və həyata baxışım var. Çox tənqid edirlər, amma artıq öyrəncəliyəm. Kim məni bəyənir, kim bəyənmir, bu, məni heç maraqlandırmır. Çünki hərənin öz fikri var.

Komplimentlər çox olur?

Həddən artıq. Yazırlar ki, qəşəng qızsan, "barbi"lərə oxşayırsan. Orta məktəb və universitetdə oxuyan qızlar da özlərini mənə oxşadır, mənim kimi bəzənirlər.

Hansı kişi tiplərinə üstünlük verirsən: yaraşıqlı, xarizmatik, yoxsa mərd?

Sözünün üstündə duran kişiləri. Hesab edirəm ki, əgər kişi bir sözü dedisə, əməl etməlidir.

Bəs görünüş?

- İspan tipli oğlanları xoşlayıram. Enrike İqlesias, Mario Kasas kimi kişiləri xoşlayıram. Üzünə baxan kimi bilirsən ki, kişidir.

Müasir oğlanlarda hansı xüsusiyyət səni qıcıqlandırır?

Deyirlər əşşi, hər yer qızla doludur, bu gün bununla sevgili olum, sabah başqasıyla. Vaxt keçirməyi daha çox xoşlayırlar.

Sənin də sevgilin elədir?

Çoxdandır sevgilim yoxdur, təkəm, belə rahatam.

Ən çəkilməz, "ifritə" xüsusiyyətin hansıdır?

İfritə ona deyərəm ki, kişiləri əlində fırladır, kişi onun üçün hər şeyi edir.

- Qəlbini ovlamaq asandır?

Bilmirəm.

Karyeranı ailəyə dəyişərsən?

Yox, belə öyrəşmişəm. Karyeramda nə istəyirəm, onu da edirəm. 26 yaşım var. Dəyişən deyiləm. Balaca uşaq deyiləm ki, fikrimi tez-tez dəyişim. Məni sevən belə qəbul etməlidir.

Kiminsə məşuqəsi olarsan?

Evli kişinin sevgilisi olmaram.




25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.