Pekin metropolitenində sərnişinlərin biometrik eyniləşdirilməsi sistemlərindən istifadə ediləcək

Pekin metropolitenində sərnişinlərin biometrik eyniləşdirilməsi sistemlərindən istifadə ediləcək
20 İyun 2018 14:34

Cari ilin sonunadək Pekin Metropoliteninin administrasiyası günün pik saatlarında stansiyalarda sərnişin axınını sürətləndirmək üçün sərnişinlərin biometrik eyniləşdirilməsi sistemlərini tətbiq etmək niyyətindədir. Bu haqda Çin KİV-nə istinadən “Reuters” nəşri məlumat yayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, xatırladaq ki, Çin hökuməti həyatın bütün sahələrində sifətin tanınması sistemlərindən aktiv istifadə edir. Məsələn, ölkədə milli avtomatlaşdırılmış izləmə sisteminin bir hissəsi olan sosial kredit adlandırılan sistem mövcuddur. Süni intellekt elementlərindən ibarət olan sistem böyük məlumatların təhlili ilə məşğul olur. Hazırda sistem internetdə və onun xaricində olan ölkə sakinlərini izləyir və onlar tərəfindən edilmiş pozulmaları qeydə alır. Aşağı sosial kreditə malik insanlar müxtəlif sosial yardımlar alarkən çətinliklərlə üzləşirlər.

Ancaq Pekin Metropoliteninin rəhbərliyi biometrik eyniləşdirmə sistemlərini  sərnişinlərin öz və digərlərinin vaxtına qənaət etməsi və bilet təqdim etmədən qatardan istifadə etməsi üçün tətbiq etmək niyyətindədir. Belə ki, sadəcə, ovucu skanerə qoymaq kifayətdir. Kameralar isə ənənəvi turniketlərdən keçməyə imkan verəcək, çünki sərnişinləri sifətlərinə görə tanıyacaq.

Hazırda ovuc skanerləri  Şanxay metrosunda istifadə olunur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.